MRTMSKOrta

Hər bel ağrısı protruziya olmaya bilərmi ?

38 yaş · Female · 6 Aug 2026

Elvin ZeynullazadəElvin Zeynullazadə
Hər bel ağrısı protruziya olmaya bilərmi ?

Klinik anamnez

Xəstənin klinik anamnezində 6 aylıq kəskin və deməsinə görə müalicəyə cavab verməyən bel ağrıları olduğunu bildirmişdir

Görüntüləmə tapıntıları

Deməsinə görə bizə mərkəzə gələrkən artıq 5-ci Bel oma mrt müayinəsi idi. Normal standardlarda aparılan bel oma mrt müayinəsində xəstəyə kəskin ağrı verəcək bir sahə müşahidə edilmədiyindən xəstəyə əlavə olaraq çanaq nahiyəsindən sag t2 görüntüsü alındı. Alınan Sag t2 görüntüsündə xəstənin uterusun arxa hissəsində böyük həcimli T2də hiperintens görünümlü lezyon izləndi.

Diaqnoz

Over Kisti ?

Müzakirə

Bu görüntüləmə nəticəsində bildirmək istədiyimiz xəstələrin şikayətlərinin diqqətlə dinlənilməsi və əlavə alınan hər hansı bir müayinənin xəstənin müalicə seyrinə necə təsir etdiyidir .

0 144

Müzakirə

Daxil olun müzakirəyə qoşulmaq üçün.